Avropa İttifaqı
İqtisadiyyat

Geni dəyişdirilmiş qidaların istehsalı və idxalı haqqında yanlış şərhlər yayılır

20 Aprel, 2016

"Gürcü arzusu” koalisiyasınadaxil olmuş "Sahibkarlar” partyasının lideri Qoqi Topidzenin bəyanatına əsasən, Avropa Birliyi ilə imzalanmış Assosasiya müqaviləsi ilə Gürcüstan öz ənənələrindən imtina etməlidir və buna uyğun olaraq da o LGBT şəxslərin mövzusu ilə birlikdə geni dəyişdirilmiş məhsul məsələsi də müzakirə olunmağa başladı.

Qoqi Topadze, Gürcü arzusu:"Asossasiya müqaviləsinə imza atdıq, lakin bir çox şeyə diqqət yetirmirik ki, Avropa Birliyi nə edir, bizə nə verir. Biz özümüz çox şeyə icazə verdik–təbiiki, gürcü ənənəsinə uyğun gəlməyən hər şey. Misal üçün, LGBTmövzuları, geni dəyişdirilmiş məhsulları orada qadaöan olunur biz ölkəmizə daxil edirik."Interpressnews. 1 iyul, 2015.

Avropa Birliyi ilə imzalanmış Assosasiya müqaviləsində, onun iqtisadi hissəsində (DCFTA) Gürüstanı geni dəyişdirilmiş (GM) məhsulları idxal etməyə məcbur edəcək heç bir öhdəlik mövcud deyil. Avropa Birliyinin bir tərəfdən GM məhsullarının istehsalı və ya idxal/ixracı qadağan olunmayıb; İkinci tərəfdən, ölkə bazarının nizamlanması onun səlahiyyətlərinə daxil deyil. Avropa Birliyinin Xarici siyasəti və müqavilələrinin məqəsdiimza atan tərəflərdə Avropa Birliyi tərəfindən qəbul olunmuş norma və dəyərlərin yayılmasıdır, lakin Assosasiya müqaviləsi Gürcüstana Avropa Qanunvericiliyi ilə harmonizasiya və avropa bazarı ilə uyğunlaşmasına kömək edəcək.

Avropa Birliyində GM qidaların istehsalı qadağan olunmayıb.

Avropa Birliyinə üzv ölkələr 2015-ci ilə qədər GM məhsullarının istehsalını məhdudlaşdırmağa çalışırdılar. Bu baxımdan hamıdan çox Fransa və Almaniya fəallıq göstərirdi. İkinci tərəfdən Avropa Birliyinin bir neçə ölkəsindəkənd təsərrüfatında fəal şəkildə GM məhsullarından istifadə etməyə başlayıbla. Bu ölkələr arasında misal üçün İspaniya və Çexiya var.

2015 –ci ilin mart ayının 11-də Avopa Biliyinin direktivinə əsasən(Directive (EU) 2015/412), Birliyə üzv ölkələrinöz ərazilərində geni dəyişdirilmiş məhsulların istehsalını qadağan etmək haqqları var. 2015-ci ilin oktyabr ayında Avropa Birliyinə üzv 28 ölkədən 19 öz ərazisində geni dəyişdirilmiş məhsulların istehsalından imtina etdiklərini bəyan etdilər. Belçikavə Britaniyamüəyyən qədər qadağanı tədbiq edir, bu da o deməkdir ki, xüsusi bölgələrdə geni dəyişdirilmiş məhsulun istehsalına icazə verilir. İstehsalın qadağan olunmasını müəyyən qədər Almaniya da həyata keçirdi, lakin bu istiqamətdə tədqiqatların aparılmasını dava etdirmək hüququnu saxladı. Qalan 16üzvdövlət isəöz ərazisindəgeni dəyişdirilmiş məhsulların əkilməsini və istehsalını tamamilə qadağan etdi.

İdxala gəldikdə isə, Avropanın kənarında bir çox ölkə (Latın Amerikası, Şimali Amerika, Asiya) geni dəyişdirilmiş qarğıdalı, kartof, pomidor və ya başqa məhsullar becərir. Avropa Birliyi istehsal və istehlakçının hüquqları ilə fəaliyyət göstərirdi, eyni zamanda məhsulun azad dövriyyəsi və seçim azadlığı hüquqi ilə, müəyyən etdi ki, sadəcə idxal qadağan olunmur, eyni zaanda geni dyişdirilmiş məhsulun idxalla daxil olunması ilə bağlı qanunvericilik də dəyişir. Qısası, əgər məhsulun tərkibin 0.9 faizindən çox hissəsi geni dəyişdirilmiş maddədən təşkil olunur, istehsalçı, idxalçı, məhsulun üzərində xüsusi işarə qeyd etməlidir. Belə olan halda alıcının geni dəyişdirilmiş və ənənəvi üsulla əldə olunmuş məhsulu fərqləndirəbilmə imkanı olacaq. Bununla yanaşı qidanın tərkibində verilmiş maddələrdə geni dəyişdirilmiş maddələr və onların əvəzləyicilərinin səviyyəsi qeyd olunmaıdır.

Gürcüstanda geni dəyişdirilmiş qidanın istehsalı və idxalı qadağan deyil.

Assosasiya müqaviləsi istehlakçı hüquqlarının qorunması və qida məhsullarına yksək standartların təsis edilməsini nəzərdə tutur.Istehlakşı yönlü avropa standartlarına keçmənin nümunələrindən biri də məhz geni dəyişdirilmiş məhsul, onun idxalı/istehsalı və müvafiq qanunvericiliyə aiddir.

Gürcüstanda geni dəyişdirilmiş məhsulla bağlı nizamlamalar 2015-ci ildən qüvvəyə minib.("Ərzaq/heyvan–qida olaraq müəyyən olunmuş genetik olaraq dəyişdirilmiş orqanizmlər və onlardan istehsal olunmuş geni dəyişdirilmiş məhsulun etiketləşdiriməsi haqqında" qanun). Qanun ərzaq və ya heyvanların qida olaraq nəzərdə tuutlmuş məhsula tədbiq olunur, onların tərkibinə 0.9%-dən artıq geni dəyişdirilmiş maddə daxil edilə bilməz. Qanuna əsasən yerdə istehsal olunmuşvə ryni zamanda idxal olunmuş geni dəyişdirilmiş məhsulun üzərində yarlığı olmalıdır və ya yarlıqlama mümkün olmadığı haldaməhsulun göz önünündə olan yerinə müvafiq məlumat yerləşdirilməlidir.

Yarlığ standartları:

  • Dairəyə yerləşdirilmiş "GDM" yazısıgeni dəyişdiirlmiş orqanizmin sol yuxarı küncünə yerləşdirilməlidir.
  • Dairəyə həkk olunmuş "GDM" yazısıgeni dəyişdirilmiş məhsulun sol yarlığının sol yuxarı küncünə yerləşdirilməlidir.
  • Geni dəyişdirilmiş ingrediyentləri əvəzləyəcək məhsul olduğu zaman məhsulun yarlığında ingredientlərin adları yazılmalıdır.

Biznesoperatprlar qanunu qormalı və yarlıqları yapışdırmalıdırlar.Yarlığın standartları və tələbin ilkin halında 5 000 lari cərimə, təkrarlandıqda isə - 10 000 lari cərimə nəzərdə tutulub.Qanun eyni zamanda məhsulun məhv olunmasıını da nəzərdə tutur ki, bu da biznes operatorun öz xərcləri ilə həyata keçiriləcək.

Gürcüstan əhalisi idxal olunan məhsullardan çox aslıdır, çünki yerli istehsal təlabatı ödəyə bilmir. Müvafiq olaraq, bazara daxil olan idxal məhsulu ola bilər geni dəyişdirilmiş olsun, eyni zamanda natural, bioprodukt.vacib etiket isə istfidaçəyə məlumatlı seçim etmək imkanı verir.

Geni dəyişdirilmiş məhsulların istehsalı kənd təsərrüfatında 1980-ci illərdə başladı. Bunun səbəbi çox idi. Geni dəyişdirilmiş qarğıdalı, kartof və ya digər məhsullar, zərərveriilər və ya xəstəliklərə qarşı çox davamlı olmaları ilə seçilirdilər. Dünya əhalisini qida ilə təmin etmək kənd təsərrüfatında ənənəvi yolla istehsal olunan məhsulla yetərli olmadığı zaman yuxarıda qeyd olunan problemlər qida təminatını daha da risqli edi. Geni dəyişdirilmiş qidanın istehsalı daha sonra daima tədqiqatlar aparılır onun insan sağlamlığna təsiri ilə bağlı. Buna baxmayaraq bu günə qədər insanın orqanizminin oxşar qidanın qəbulundan sonra neqativ dəyişikliyə məruz qalıb-qalmadığını öyrənmək mümkün olmayıb.

GM qidalarbioməhsllara olan marağı artırdı

Bazarda GM qidanın ortaya çıxması biomhsulların tələbatını artırdı. Kənd Təsərrüfatınınbio məhsullarla Gürcüstanın Avropa bazarında öz yerini tuta bilmə imkanı var. Bu baxımdan uğurlu gürcü şərabçısı İaqo Bidarişvilinin misal olaraq göstərə bilərik, o avropada ciddi tələb olunan bio-çaxıruğura nail olub.

Geni dəyişdiriliş məhsullarla bağlı bu gün də müzakirə və tədqiqat aparılır. Bu prosesin interpretasiyası isə ondan ibarətdir ki, guya başqa yerdə bu məhsullar qadağan olunub, lakin Gürcüstanda buna icazə verilir, bu qeyri-düzgün düşüncə yaradır.

Zurab Curcumia hazırladı