İdentlik

Dünya Ailə Konqresinin Rusiya əlaqələri

19 İyun, 2018

2014-cü ildə, məxfi hakerlər qrupu – “Şaltay-Baltay” Yunanıstanda Rusiya səfirinin sabiq əməkdaşı “Avroasianist”  hərəkatının üzvü Georgiy Qavrişin elektron poçtunu sındırdı ə yazışmaları dərc etdirdi. Materiallardan göründüyü kimi səfirliyin sabiq əməkdaşının “Avroasianist hərəkatının”  lideri Aleksandr Duqinlə, rus oliqarxı Konstantin Malofeyevlə və Amerikada təsis olunmuş Dünya Ailələr Konqresinin (WCF) Rusiyadakı rəsmi nümayəndəsi  Aleksey Komovla fəal yazışmaları vardı.  Dünya Ailələr Konqresi (WCF) xristian-evangelist təşkilatıdır. Həmin təşkilat LGBT icmasına qarşı nifrət yaratmaqla məşğuldur və missiyası “Təbii ailə” adı altında LGBT hüquqlarının yayılmasının qarşısını almaqdan ibarətdir. Konqres tərəfindən “təbii ailə” həm ər, həm arvad  və onların bioloji övladından tərtib olunmuş birlik kimi qəbul olunur.

Rusiya

Rusiyada Dünya Ailələr Konqresinin (WCF) nümayəndəsi Aleksey Komovdur. Onun Rusiya Provoslav Kilsəsinə yaxın olan şəxslərlə sıx əlaqələri vardır. Onlardan biri də Konstantin Malofeyevdir. Malofeyev 2014-cü ildə Moskvada keçirilən „Böyük ailələr: bəşəriyyətin gələcəyi“ adlı forumu maliyyələşdirirdi. Oliqarx həmçinin investisiya şirkəti “Marşal kapitalın”-da təsisçisidir, habelə, Rusiyada ən iri porovoslav xeyriyyə təşkilatının, müqəddəs Basili adına fondun rəhbəridir. Həmin fondun büdcəsi 40 mln-nı aşır. Konstantin Malofeyev Rusiya imperiyasının və çarlığın bərpası ideyasının tərəfdarıdır. Bunun üçün o “Müqəddəs Böyük Basili” adına məktəb açmışdır. Həmin məktəbdə gəncləri gələcək “Rus çarı” üçün hazırlayırlar. Malofeyev həmçinin Rusiya tərəfindən Krımın ilhaqı prosesini də maliyyələşdirirdi. Bunun üçün onu ABŞ və Avropa İttifaqı  sanksiya tətbiq olunacaq şəxslər siyahısına daxil etdilər.

"

"
Zurab Çavçavadze. Konstantin Malofeyev tərəfindən açılan məktəbin direktoru.

Həmin konqreslə Avroasiyançı hərəkatın təsisçisi ultramilliyyətçi filosof Aleksandr Duqin də əlaqədədir. O, 2017-ci ilin dekabrında Moldovyada Avroasia konfransını keçirtmişdir. Həmin konfransda Moldovyanın 2018-ci ilin sentyabrında hər il keçirilən Dünya Ailələr Konqresinə ev sahibliyi edəcəyi deyildi. Aleksandr Duqin Malofeyevin sahibkarlığında olan ultramilliyyətçi telekanal Царград TV-nin redaksiya heyətinin rəhbəridir.

Duqinin Avrasia ideyası Rusiyanın işğalçılıq və Avrasiya qitəsində Rusiyanın üstün mənəvi-siyasi rolunu dəstəkləməkdir. Krım münaqişəsinə qoşulduğu və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə  qarşı etdiyi əməllərə görə, filosof ABŞ tərəfindən sanksiya tətbiq edilən şəxslər arasındadır.

"
Şəkil: Aleksandr Duqin, 2008-ci ilə, Gürcüstanda Rusiya aqressiyası - Tsxinvali  bölgəsi

Gürcüstan

Gürcüstanda Dünya Ailələr Konqresinin (WCF) nümayəndəsi biznesmen Levan Vasadzedir. Vasadze öz kapitalını Rusiyada qazanmışdır. 2016-cı ilin mayın 15-17-də onuncu yubiley xarakterli  „Sivilizasiyalar kəsişməsində: ailə- azadlıq və ümumdünya dəyərlərin bastion” adlı  konqres Tbilisidə keçirilmişdir. Tədbirin təşkilatçısı və ev sahibi Levan vasadze idi. O, konqresdə homofobiya, Qərbə qarşı və Rusiyayanlı çıxışlar etdi.

Levan Vasadze:  "Rus xalqı ilə birlikdə biz hələ faşizmi, sonra isə kommunizmi məğlubiyyətə uğratdıq. Hər ikisi bizə Qərbdən gəlmişdir. Ona qədər xristian Rusiya xristian Gürcüstana əl uzadaraq məhv olmaqdan xilas etmişdir. Lakin, O bunu bizim üçün məqbul olunmaz şəkildə – Gürcüstan şahlığına və kilsənin müstəqilliyinə son qoymaqla etmişdir”.

Tədbirdə həmçinin rihanilər, Gürcüstanın Patriarxı II İlya və Rusiyayanlı “Birləşmiş Demokratik Hərəkatının” sədri Nino Burcanadze də iştirak edirdilər.

Dünya Ailələr Konqresinin (WCF) gürcüdilli səhifəsinin Facebbok-da 23, 700-dən çox imzaçısı (Follower) varıdır və Levan Vasadzenin çıxışlarını, habelə 2016-cı ildə baş tutan konqresdə onun çıxışlarından fraqmentləri fəal şəkildə yaymaqdadır.

"

2009-cu ildə təsis olunan Yakob Qoqebaşvili adına məktəb Levan Vasadzenin arvadı Nino Durqlişvilinin əlindədir. Həmin məktəbin rəsmi veb-səhifəsində məktəbin gürcü, provoslav, ənənəvi dəyərlərə istinad etdiyi vurğulanmışdır. Məktəb 2017-2018-ci illər üçün təqaüdü yalnız 8-ci sinfə keçən oğlanları üçün təyin etmişdir, qızlara isə yox. Gürcüstanın Xalq Müdafiəçisi məktəbə bərabərlik prinsiplərinə riayət etmək və gender stereotiplərini aradan qaldırmaq üçün çağırış etdi.

Levan Vasadze  Gürcüstanın Demoqrafik Cəmiyyəti XXI  təşkilatının təsisiçisidir də. Həmin təşkilat tərəfindən hazırlanan 2 qanunvericilik təşəbbüsünü 2015-ci ildə Gürcüstan Parlamentində Gürcü Arzusu deputatı Soso Caçvliani təqdim etdi. Təşəbbüs antidiskriminasiya qanunundan “Cinsi istiqamət” və “Gender” kəlməsinin çıxarılmasını, həmçinin Gürcüstan İnzibadi Qanun pozuntuları Məcəlləsi ilə “Dini duyğuların təhqirinin” cəzalandırılmasını tələb edirdi.

Avropa ölkələri

2017-ci ilin aprelində  Fransada Konqresin regional konfransı keçirildi. Təşkilatçısı Konqresin rəsmi nümayəndəsi Fabris Sorlin idi.  Sorlin keçmişdə hərbiləşdirilmiş katolik qrupu Dies İrae-yə başçılıq edirdi. Həmin qrupun məqsədi ağdərili katolik gəncləri mühacirlərə, müsəlmanlara və qaradərililərə qarşı vətəndaş müharibəsi üçün hazırlamaqdı. O, həmçinin Alliance France Europe Russia (AAFER) qrupuna da rəhbərlik edirdi. Həmin qrupun,  tarixçilər - Jan İv Kamu və Nikolas Leborqun fikrincə - fransız ultrasağçı “Milliyyətçi cəbhə” partiyasının Rusiya ilə yaxınlaşmasında böyük rolu olmuşdur. “Milliyyətçi cəbhəyə” fransız siyasətçisi Marin Le Pen rəhbərlik edir. 2014-cü ildə Le Penin partiyasına Rusiya bankından 2 milyon kredit almaqda Konstantin Malofeyev yardım etmişdir.

İtaliya, Kipr, Avstriya, Bolqarıstan və İspaniya. Aleksey Komov Konstantin Malofeyev və Avropanın ultrasağçı və ultrasolçu siyasi fiqurları ilə görüşlərə kömək edirdi.  Komov Afinada Rusiya səfirliyinin əməkdaşı Georgiy Qavrişlə yazışmasında İtaliyada neofaşist partiyasının həmtəsisçisi Roberto Fiyoreni “Rusiyayanlı İtaliyalı dost” kimi xatırlayır. Öz növbəsində Roberto Fiyore Komovu Kiprin ultrasağçı partiyası ELAM-la tanış etmişdir. Qeyd olunan Dünya Ailələr Konqresi (WCF) Avropanın zorakılığa meyilli ultrasağçı siyasi aktorlarla əlaqədə olduğunu göstərir.

Ukraynada Dünya Ailələr Konqresi (WCF) fəallığı konkret qrupları həvəsləndirməkdən və qorxü və vahimə səpməkdən ibarətdir. Onlara görə, Avropa İttifaqı Ukraynaya LGBT hüquqlarını sırımaq istəyir. 2013-cü ildə Konqres ölkəyə xüsusi heyət göndərmişdir. Həmin heyət Ukraynada fəaliyyət göstərən “Bütün Ukraya Valideynlər Komitəsinin” nümayəndələri və Ukryna Parlmentinin ir neçə üzvü ilə görüşmüşdür.  Baxmayaraq ona ki, Avropa İttifaqı ona üzv olan ölkələrdən bir cinsdən olan insanların evlənməsini leqallaşdırmağı tələb etmir   “Bütün Ukraya Valideynlər Komitəsinin” nümayəndələri Konqresin heyəti ilə görüşdükdən sonra Avropa İttifaqı ilə Assosialaşdırma müqaviləsini imzalamağa qarşı olduqlarını söylədilər. Bunun səbəbinin isə “ homoseksuallığın labüd şəkildə yayılacağı” təhlükəsi olduğunu bildirdilər.

THE SOUTHERN POVERTY LAW CENTER-in materiallarına söykənərək Vətəndaş Hüquqlarının Müdafiəsi Təşkilatı tərəfindən hazırlanmışdır