Son illərdə gürcü onlayn məkanında vaksinasiya barədə sui-qəsd nəzəriyyələri aktiv şəkildə yayılır. Konspirasiya xarakterli qruplar vaksinlərin adını autizmə, sonsuzluğa, uşaq ölümlərinə və digər xəstəliklərə bais olan səbəb kimi hallandırırlar. Müxtəlif onlayn-platformanın yaydığı əsas mesaj isə guya Qərb Gürcüstana gətirdiyi vaksinlərlə Gürcüstan əhalisi üzərində təcrübələr keçirməsidir.
Gürcüstanda keçirilən peyvəndlər dünyanın əksər ölkəsində milli immunizasiya proqramının bir hissəsidir. Vaksinlərin çoxu Gürcüstana avropa ölkələrindən gəlir və Avropa İttifaqı dövlətlərində icazəsi vardır. Beləliklə, Bu vaksinlərdən Gürcüstanda olduğu kimi avropa ölkələrində də istifadə edirlər və bu fakt, guya Qərb Gürcüstan əhalisi üzərində eksperimentlər aparır iddiasını yalanlayır.
1. Gürcüstanda peyvənd etdikləri vaksinlərdən istehsalçısı olan ölkələrdə də istifadə edirlər
Miflər Dedektoru Xəstəliklər üzrə Nəzarət və İctimai Sağlamlığın Milli Mərkəzindən Gürcüstana gətirilən vaksinlər haqqında məlumat istəmişdir. Aşağıda göstərilmiş cədvəldə 2017-ci ildə Gürcüstana gətirilmiş vaksinin istehsalçısı və həmin vaksindən istifadə edən ölkələr haqqında məlumat verilmişdir. Gürcüstana peyvənd üçün gətirilən vaksindən istehsalçı ölkədə də istifadə edirlər. Bundan əlavə həmin vaksinlərə avropanın müxtəlif ölkələrində də icazə verilib. Gürcüstana daxil olan vaksinlər Dünya Səhiyyə Təşkilatı tərəfindən kvalifikasiya almışdır, həmçinin, avropa bazarında da Avropa Tibb Assosiasiyası tərəfindən də icazəsi vardır.
2. Gürcüstanda keçirilən peynəvdlər dünya ölkələrinin əksəriyyətində Milli Proqramın bir hissəsidir
Yuxarıda sadalanan infeksiya xəstəlikləri üzrə vaksinasiya dünyanın bir çox ölkəsində Milli İmmunizasiya Proqramının hissəsidir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2018-ci il vəziyyəti ilə vaksinləşmənin qlobal əhatəsinin göstəricisi 86%-dir.
- Papiloma virusuna qarşı vaksin. Bu vaksinə qarşı gürcü təbliğatçı dəstələri sonsuzluq şayiəsini yayırlar. Vaksin dünyanın 79 ölkəsində İmmunizasiya Proqramının bir hissəsini təşkil edir.
- Pnevmokoka qarşı vaksin 137 ölkədə İmmunizasiya Proqramının bir hissəsidir;
- Qızılca-Məxmərək-Qulaqdibi xəstəliyinə qarşı vaksinlər daha geniş istifadə olunurlar və 160 ölkədə İmmunizasiya Proqramına daxildirlər.
Qızılcaya qarşı vaksinlərin İmmunizasiya Proqramının hissəsi olan ölkələr
Mənbə: WHO (2018)
Papilomaya qarşı vaksinlərin İmmunizasiya Proqramının hissəsi olan ölkələ
Mənbə: WHO (2018)
3. İmmunizasiya hər il 2-3 milyon insanı ölümdən xilas edir
Vaksinasiya infeksiya xəstəliklərinə qarşı immunitetin möhkəmlənməsi üçün ən əla mexanizmdir. Dünya Səhiyyə Təşkilatına əsasən, bu gün 26 infeksiyaya qarşı lisenziyalı vaksin mövcuddur. Vaksinasiya prevensiya xarakterli tədbirdir. O, infeksiya xəstəliklərinə qarşı immuniteti gücləndirir və ölüm risklərini azaldır. Dünya Səhiyyə Təşkilatının verilmişlərinə görə, immunizasiya hər il 2-3 milyon insanı ölümdən xilas edir.
- 2016-cı ilin verilənlərinə görə, 2010-cu ilə nisbətən qızılcanın səbəb olduğu ölümlərin göstəricisi 84% azaldı.
- 2016-cı ildə Şimali və Cənubi Amerika qızılcanı tam aradan qaldırmağa nail oldu və bu 22 illik kütləvi vaksinasiyanın nəticəsidir.
- 2016-cı ilin vəziyyəti ilə poliomiyelit halları hiss ediləcək dərəcədə azaldı. Dünya Səhiyyə Təşkilatı Cənub-Şərq Asiya regionunu poliomyelitdən azad bölgə elan etdi.
- 2016-cı ildə Cənub-Şərqi Asiyada anadan gələn və neonatal tetanus aradan qaldırıldı, 2017-ci ildə isə Şimali və Cənubi Amerikada.
Müəyyən infeksiya xəstəliklərinin azalmasına baxmayaraq, immunizasiya proqramının dayandırılması onların yenidən canlanmasına bais ola bilər.
Konspirasiya xarakterli mesajlar və qaynaqlar
Mesaj | Qaynaq |
---|---|
Vaksinlərlə Gürcüstan əhalisi üzərində eksperiment aparırlar |
Tbilisi 24 23.10.2017 |
Vaksin autizmə səbəb olur |
Mkurnali.ge Mshoblebi.ge Geodigest.ge Droni.ge Tbilisi 24 |
Papiloma virusuna qarşı peyvənd sonsuzluğa səbəb olur |
Intermedia.ge |
Peyvəndlər uşaqların ölümünə səbəb olurlar |
Tbilisi 24 Droni.ge |
Vaksinlər zəhərləyici maddələrdən hazırlanır |
Intermedia.ge 09.03.2015 |
Vətəndaşlar vaksinasiya barədə nə düşünürlər
{“preview_thumbnail”:”/sites/default/files/styles/video_embed_wysiwyg_preview/public/video_thumbnails/djjEepKoQF8.jpg?itok=P_Yj2XX8″,”video_url”:”https://www.youtube.com/watch?v=djjEepKoQF8&feature=youtu.be”,”settings”:{“responsive”:1,”width”:”854″,”height”:”480″,”autoplay”:0},”settings_summary”:[“Embedded Video (Responsive).”]}
Hazırlayanları Sopo Qelava və Knarik Kulicanyan
Miflər Dedektoru Laboratoriyas