Avropa İttifaqı

Avropa Birliyinin nasist layihəsi olması ilə bağlı politikanonun dezinformasiyası

1 Noyabr, 2018

Politikanonun veb-səhifəsində avqustun 14-də “Avropa Birliyinin formalaşma planı nasist Almaniyasında yarandı” başlıqlı  məqalə, yayımlandı. Məqalədə qeyd olunur ki, Avropa Birliyi nasist layohəsidir və onda demokratiya çatışmamazılığı var.

“Politikano”nun guya Avropa Birliyinin yaranması planının nasistlərə aid olması ilə bağlı iddiası əsassızdır və saxta rus mənbəsinə (Katehon) əsaslanır. Katehon-un prezidenti Konstantin Malopeevi rus iş adamı, Rusiyanın prezidenti ilə yaxınlığı olan şəxsdir, eyni zamanda Donbas və Kırımda separatist fəaliyyətlə məşğuldur.

Fakt 1. Avropa Birliyinin təsiscilərinin nasistlərlə əlaqələri yoxdur.

1950-ci ildə Fransa Xarici İşlər Naziri Robert Şuman fransız siyasətçi Jan Monenin Qərbi Avropa kömür və polad mədənlərinin birləşməsi haqqında təşəbbüsünü səsləndirdi.  1951-ci ildə altı ölkənin - Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtalya və Hollandiyanın daxil olduğu Avropanın daş kömür və polad birliyi (Europeam Coal and Steel Community) yarandı. Məhz bu birlik müasir Avropa Birliyinin yaranmasının əsasını qoydu. Avropa Birliyinin təsisçisi olaraq alman əsilli Kornard Adenauer, olter Holşteyn, Lüksemburqlu siyasətçi Cozep Bex, Belçikalı Pol-Henri Spaak, İtalyalı Altiero Spineli, Fransiz Jan Mone, Robert Şuman və başqaları hesab olunurlar və bunlardan heç birinin alman nasizmi ilə əlaqəsi olmayıb.

Məqalənin müəllifinin Uolter Holşteynin nasist olması və Avropa Birliyi layihəsinin nasistə aid olması ilə bağlı iddiası əsassızdır. Uolter Holşteyn nasizm əleyhinə mənfi münasibəti ilə seçilən və heç vaxt nasist partiyasının üzvü olmamış uğurlu alman alimi və Frankfurt Universitetinin professoru idi. 1942-ci ildə onu nasist rejimi orduya göndərdi və o burada amerikan əsgərlərinə əsir düşdü və əsirlər düşərgəsində universitet təsis etdi. EU vs Disifno-ya əsasən Holştaynın nasizmlə bağı haqqında mif çex medyasında da yayılırdı.

Fakt 2. Nasist layihəsi və müasir Avropa Birliyi bir-birinə zidd dəyərlər və prinsiplər deməkdir.

Avropanın birləşməsi ideyası ilk dəfə Kantın “daimi sülh” əsərində (1795-ci il) səsləndi. Viktor Hüqo isə daha uzağa getdi və 1849-cu ildə Paris sülh konfransında “Avropa Birləşmiş Ştatları” termini irəli sürdü. Birinci dünya müharibəsindən sonra isə yekun olaraq müasir Avropa Birliyinin ideasının əsası lan beynəlxalq təşkilatlar vasitəsi ilə dünyada sülhü bərqərar etmək cəhdləri yarandı. İkinci dünya müharibəsinin başa çatmasından sonra 1949-cu ilin sentyabr ayının 19-da Çiurixdə (İsveçrə) ilk dəfə Böyük Britaniya ba naziri Uinston Çörçl Avropa Birləşmiş Ştatlarının yaranmasının vacibliyi ideası haqqında söhbət etdi.

Vahid Avropa haqqında nasist konsepsiyası Almaniya tərəfindən tutulmuş ərazilərin effekiv idarə edilməsi məqsədini güdürdü. Hitlerin məqsədi Avropa kontinentini, daha sonra isə bütün dünyanı zəbt etməkdən ibarət idi. Nasist Almaniyası Avstrya, Çexoslovakiya, Polşanın bir hissəsini, ikinci dünya müharibəsinin başlanğıcında isə Fransa, Lüksemburq, Belçika və Hollandiyanı sürətlə zəbt etdikdən sonra Nasist hakimiyyətinin gündəmində Avropaya nəzarət və  onu effektiv idarə etmək məsələsi dayandı. Bu dönəmdə Almaniya tərəfindən zəbt olunmuş əraziləri idarə etmək üçün müxtəlif layihələr yaranırdı. Bu layihələrdən biri 1942-ci ildə yaranmış Europaische Wirtschafts Gemeinschaft (Avropa İqtisadi Birliyi) adlı sənəd idi.. Lakin, ikinci dünya müharibəsində Almaniyanın qalib gəldiyi zaman məhz məhz qeyd olunan layihənin həyata keşiriləcəyi ilə bağlı tarixi sübut yoxdur. Eyni zamanda məqalədə ikinci sənəddən -1972-ci ildə Qerhard Haas və Volpqan Şuman tərəfindən Şərqi Almaniyada yayımlanan “Aqresiyanın antonomiyası: ikinci dünya müharibəsi zamanı alman imperializminə aid hərbi plandan bəhs edən yeni sənədlər, topludan da [The Anatomy of Aggression: New documents concerning the military goals of German imperialism during the Second World War] bəhs olunur. Qeyd olunan sənəd haqqında məlumata ultrasağçı, Avropa Birliyinə qarşı propaqanda üçün nəzərdə tutulmuş veb-səhifələdən başqa heç bir yerdə rast gəlinmir.

İkinci Dünya Müharibəsində Almaniyanın qələbəsi zamanı, nasist Almaniyası tərəfindən birləşmiş Avropabu günki Avropa Birliyindən tamamən fərqli olardı:

"

Mənbə haqqında

Politikao mənbə olaraq kremlə alışan qeyri hökumət təşkilatı (think tank)- Katehon-nun məqaləsini göstərir. Katehon-un prezidenti Konstantin Molopeev rus oliqarx, Rusiya prezidenti ilə yaxınlığı olan şəxdir və Donbasda separatist fəaliyyətlə  məşğuldur.  O Rusiya tərəfindən Krımın anekdiyası prosesini maliyyələşdirirdi, buna görə də ABŞ və Avropa birliyi Malopeeivi sanksiya tətbiq olunan şəxslər siyahısına saldılar. Katehonun idarəedici bordunda eyni zamanda Vladimer Putinin məsləhətçisi Serqey Qlaziyev və eyni zamanda Malopeev tərəfindən maliyyələşən “müqəddəs Basili böyük” adına məktəb direktoru olan gürcü mənşəli Zurab Cavcavadze də var. Bu məktəbdə gələcək “rus monarxiyası” üçün gənclər hzırlayırlar.

"

Eyni mənbə

Avropa Birliyinin nasist layihəsi haqqında mif xüsusi ilə Breksitdən sonra aktual oldu və kreml yönlü ultra-sağçı mediya vasitələri ilə yayılırdı:

Geopolitica.ru - veb-səhifəsinin təsisçisi, eyni zamanda rus ekspansionist ideolgiyasının yayıcısı, Aleksandr Duqin tərəfidən təsis olunmuş Avroasiya gənclə birliyinin sədri və Makedoniyada rus propaqandasının  ruporu. Leonid Savindir. Veb-səhifə öz misiyası olaraq mövcud ideologiyalara qarşı çıxmaq və “dördüncü idealogiyanı” formalaşdırmağı  görür .

Sputnik.az -  Rusiya hökuməti tərəfidən təsis olunmuş və azərbaycan dilində əaliyyət göstərən beynəlxalq layihənin bir hissəsidir.

Reject-the-eu.co.uk - veb səhifənin məqsədi Avropa Birliyini nasizmlə əlaqələndirmək və Böyük Britaniya tərəfindən Avrpa Birliyinin tərk olunmasını dəstəkləməkdən ibarətdir.

Eu-facts.org -  veb-səhifənin məqsədi Avropa Birliyinə qarşı yönəlmiş məlumatı yaymaq və Avropa Birliyinin nasizmlə laqəsini ortaya çıxartmaqdan

Infowars.com - tanınmış amerikan ultra-sağçı istiqamətli veb - səhifədir, sui-qəsd nəzəriyyəsi və saxta məlumat yayır.

"