Müxtəlif

Assosia müqaviləsinin gürcü bazarında yerli məhsulların yoxa çıxmasına səbəb olacağı mifi yalandır

22 İyul, 2014
  • Assosasiya müqaviləsi uzunmüddətli persbektivlər baxımından Gürcüstanda istehsal olunan məhsulların keyfiyyətinin artırılmasına, Kənd Təsərrüfatı məhsullarının rəqabətliliyinin artmasının yüksəlməsinə imkan yaradacaq;
  • Proses Avropa Birliyinin maliyyə və texniki köməyi ilə həyata keçiriləcək;
  • Gürcüstanın təxminən 10 ill vaxtı var ki, ani yenidən qurmanı asanlaşdırmaq üçün öz qanunvericiliyini avropa qanunvericiliyinə yaxınlaşdırsın;
  • DCFTA-nın birinci məqəsdi Gürcüstanın daxili bazarına aid olmayan, ixrac məhsullarına nəzraət etməkdir.

2013 –cü ilin 27 iyun tarixində Brüssel şəhərində Avropa Birliyi və Gürcüstan arasında Assosasia müqaviləsinə imza atıldı. Qeyd olunan razılaşmanın ən önəmli hissəsi Gürcüstanın Avropa Birliyinə iqtisadi inteqrasiyasını təmin edəcək dərin və verimli azad iqtisadi zona haqqında razılaşmadır (DCFTA). 

DCFTA gürcü şirkətləri üçün 500 milyonluq bazar açır. Belə ki, Gürcüstanda istehsal olunmuş məhsul (yeganə istisna say məhdudiyyəti olan sarımsaqdır) Avropa Birliyi bazarına idxal zamanı gömrük tarifindən azad olur. Vizaların liberallaşması prosesi bitdikdən sonra, Gürcüstan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız qısa müddətli gediş-gəlişləri də mümkün olacaq.

Müqavilənin 4-cü başlığı - „Sanitar və Fitosanitar ölçülər" - ərzağın zərərsizliyi ilə bağlı məsələləri tənzimləyir. Müqavilənin bu başlığının məqsədi ərzağın zərərsizlik standartıarını yüksəltməkdən ibarətdir, "Sanitar və Fitosanitar ölçülərə tabe olan məhsullarla tərəflər arasında ticarətin asanlaşdırılması". Avropa Birliyi Gürcüstanda istehsal olunan məhsullara öz bazarını açır, lakin eyni zamanda Avropa Birliyinə üzv olan ölkələrin vətəndaşlarının sağlamlığını qorumaq üçün Gürcüstandan sanitar və fito sanitar nəzarətin gücləndirilməsini tələb edir. Buna görə də, DCFTA-nın birinci məqsədi Gürcüstanın daxili bazarına aid olmayan, ixrac məhsullarına nəzarəti gücləndirməkdən ibarətdir.

Avropa Birliyinin sanitar və fitosanitar nizamlamalarına müvafiq olaraq, Gürcüstanın daxili bazarının nizamlanması gələcək danşıqların mövzusudur. Yeni nizamlamaların yerli xırda fermerlərə və ailə təsərrüfatlarına hansı formada şamil olunacağı haqqında danışmaq üçün hələ tezdir, çünki, bu prosesbütün avropa normalarının olduğu kimi Gürcüstan Qanunvericililiyinə daxil olunmasını nzəərdə tutmur. Gürcüstanın təxminən 10 illik vaxtı var ki, ani yenidən qurmanı asanlaşdırmaq üçün öz qanunvericiliyini avropa qanunvericiliyinə yaxınlaşdırsın.

Beləliklə, Avropa Birliyi ilə assosasiya müqaviləsinin imzalanması xırda ailə təsərrüfatına mənfi təsir göstərməyəcək, lakin uzunmüddətli persbektivlə Gürcüstanda istehsal olunan məhsulların keyfiyyətinin, həmçinin kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin artımına şərait yaradacaq. Bundan əlavə bu proses Avropa Birliyinin maliyyə və texniki dəstəyi ilə həyata keçiriləcək ki, bu da yerli istehsalçıların yeni standartlara uyğunlaşmasını asanlaşdıracaq.

Qiqla Mikautadze

Mitin mənbəyi:

Condi Bağaturiya, Gürcü qrupu, "Burcanadze – Vahid müxalifət seçki bloku: „Avropa ilə Assosasiya müqaviləsinə gəldikdə isə, o müqavilənin çöx əhəmiyyətli əskikliyi var, xalqı aldadırlar, deyirlər ki, müqaviləyə imza atacayıq və Avropa bazarı Gürcüstan üçün açıq olacaq. Müqavilədə ərzaq təhlükəsizliyi məsələsi adlı bir maddə var. Bu maddə onu nəzərdə tutur ki, Kaxetli nənənin qatığıvə ya imeretili nənənin pendiri Gürcüstan ticarət şəbəkələrində satıla bilməz, bu isə avtomatik olaraq o deməkdir ki, 3 sağlan malı olan imeretili nənə mal saxlamamalılıdır çünki, bu malın məhsulunu heç bir yerdə sata bilməyəcək. Müvafiq olaraq əgər, gürcü kəndlisi öz məhsulunu bazarda sata bilməyəcəksə, biz də türk süd məhsullarının satıldığı bazar olacayıq..."

Alia, 23-26 may