Amerikalıların dinə qarşı mübarizə aparmaları ilə bağlı mif əsassızdır

15 Noyabr, 2015

Qiorqi Meladze

İnkişaf etmiş ölkələr arasında ABŞ ən dindar ölkədir.Dini represialardan qaçan kolonistər Amerikaya yerləşdikdən sonra bu günə qədər ABŞ da fərqli din və ənənələrə malik icmalar üçün din azadlığı mərkəzi məsələ olaraq qalır.

Dinin ictimai, iqtisadi və siyasi həyatın bir çox aspektlərinə təsiri var.Siyasət və din arasında möhkəm əlaqənin olmasını ABŞ prezidentlərinindən altısının öz dini baxışlarını açıq ifadə etməkdən çəkinmələri faktı da sübut edir. Lakin, böyük Corc Buşun müsahibəsini də unutmamalıyıq,müsahibə zamanı jurnalist ona Viyetnam müharibəsi zamanı iki tərəfli atəşdə olması ilə bağlı hadisəsini danışır. Prezident sağ qalması üçün necə dua etdiyini xatırlayır və oradaca əlavə etdi ki, fikirləşirdim ki, nə yaxşı ki, mənim ölkəmdə dövlət ilə kilsə arasında bağ var. Dindarlıq və dövlətin dindən ayrılması maraqları arasında bu incə balans başqa demokratiyalardan Amerika Birləşmiş Ştatlarını ayıran amildir və bunu onun üçün səciyyəvi olan din azadlığının açarı kimi nəzərə almaq olar.

ABŞ-ın Şimal ştatlarının əhalisi hələ 17-ci əsrə qədər Avropadan qovularaq orda məskunlaşan dini azlıqlardırlar.Rocer Uiliams,En Heçinson,Uiliam Pen və başqaları ABŞ-ın müstəqilliyinə qədər dövlət və kilsənin ayrılmasının və kolonyalarda dinin müstəqilliyi prinsipinin əsasını qoyan dini liderlər olublar. Masaçuset, Pensilvaniya, Virciniya, Merilendməhz dini icmalar tərəfindən salınıb və konstitusiyanın qəbuluna qədər, nbu ştatlarda din azadlığı prinsipləri artıq mövcud idi.

Dini icmaların müxtəlifliyi ABŞ-ın yüksək dindarlığına və din azadlığı mədəniyyətinə bir sübutdur. Daima yeni dini quruplar, yeni dini təlimlər yaranır ki, bu da bu ölkəni inkişaf etmiş ölkələr arasında ən dindar dövlətə çevirir.

Pew ResearchCenter tərəfindən aparılmış araşdırmalar nəticəsində, ölkə əhalisinin 70%-dən çoxu dindardır və buradan 10 ştatda 50%-dən artıq dindardini ayinlərdə iştirak edir və yalnız bir ştatda fəal dindarların sayı 25%-dən azdır. Dünyada ən çox xristian ABŞ-da yaşayır. 10 vətəndaşdan 7 –i xristiandır və qalanı başqa dini qurupların, denominasiya və ya icmanın üzvüdür.

Lord Baltimor Merilend ştatının təsis sənədində dini azadlıq prinsipini hüquqla qorunan dəyər kimi əlavə etdi. Bundan sonra din azadlığı ideası Pensilvanyaya yayıldı və son olaraq, 1791-ci ildə konstitusiyanın hissəsi oldu.Ilk düzəliş din azadlığının müdafiəsinin və dövlətlə kilsənin ayrılmasının qarantıdır. Tomas Ceferson1802-ci ildə Danbarın Vəftizçi icmasına yazdığı məktubunda yazır: „Amerika xalqının ali niyyətini və qanunverici "hər hansı dini qadağan edən qanunu qəbul etməməlidir” deyə bildirən və bununla da dövlətlə kilsə arasında divar hörən qanunu dəstəkləyirəm.

Amerikalı siyasətçilər, musiqiçilər, idmançılar və cəmiyyət üçün tanınmış insanların dilindən tez-tez "God bless America"eşidirik. İfadə amerika cəmiyyətinin münasibətini çox yaxşı ifadə edir ki, din ictimai mühitdən yox olmasın, ictimai fikrin araşdırmaları da bunu göstərir. Dini baxışların dəyişməsinə (yetkinlik yaşına çatmış əhalinin 40%-inin heç olmasa bir dəfədini baxışları dəyişib) və rəngarəngliyə baxmayaraq amerikalıların 30%-dən çoxu siyasi proseslərdə kilsələrin fəallığını dəstəkləyir.

Dini mövzuda Ali məhkəmə də bir neçə məsələyə baxıb,bu məsələlərdə dini azadlıq və dövlət, və ya başqa özəl maraqlar arasında qarşı durma halları əsas oilub. Nəticə etibarı ilə çox əhəmiyyətli qərarlar alıb:Cantwell v. Connecticut (1940), Everson v. Board of Education (1947), Braunfeld v. Brown (1961), Sherbert v. Verner(1963), Engel v. Vitale (1962), Abington School District v. Schempp(1963), Murray v. Curlett(1963), Sherbert v. Verner(1963), Lemon v. Kurtzman(1971), Wisconsin v. Yoder(1972) və s. Işlər vətəndaşların hüquqlarına aid olub, onlar çalışıblar ki, dini neytrallığı və ictimai sahədə dinlə dövlətin ayrılmasını qoruyub saxlamağa çalışıblar, misal üçün:məktəblər,məhkəmələr,polis,yerli hökumətlər; özlərini diskriminasiyadan qorusunlar və öz dini ənənələrinə hörmət tələb etsinlər.

Ali Məhkəmə tərəfindən dini azadlığın müdafiəsi üçün yaradılmış danışığı bir məqalədə çatdırmaq mümkünsüzdür, lakin bir məqama toxunmalıyıq ki, bu məqam hüquq sisteminin əsas dəyərlərini açıq göstərir. Lemon vs Kurtzman işində ali məhkəmə ortaya çıxardı ki, Pensilvaniya və Rod Ailend ştatların dini məktəblərə maddi yardım etmələri ilə bağlı daxili qərarının qanunvericiliyin ilkin düzəlişinə nə dərəcədə uyğun gəlir. Bu iş tarixi əhəmiyyətə malik oldu, çünki məhkəmə qanunların konstitusonallıq testini yaratdı, bu da bu günə kimi dini qanunların araşdırılması zamanı istifadə olunur. Testə əsasən:qanunların sekulyar məqsdləri olmalıdır, onun bir başa effekti hər hansı bir dini birbaşa olaraq nə sıxışdırmalı nə də hər hansı dinə motiv verməməlidir və dövlətə dinin işlərinə həddindən artıq qarışmağa imkan verməməlidir.

Vaşinqton monumentinin şərq tərəfinə bu sözlər həkk olunub "LausDeo" yəni, "Allahı böyüt" və bu səhər açılarkən günəş şəfəqlərinin işıqlandırdığı ilk yazıdır. Dinə qarşı bu cür marağın fonunda da ABŞ cəmiyyəti və dövlət 200 ildən artıq din azadlığının konstitusional prinsiplərini qorumağa və təsdiq etməyə nail olublar, dini qurupların böyüklüyünə və s. baxmayaraq.