Siyasət

9 gün bloqu nun Boltonun Gürcüstanı tərəfdaşlığı dayandırmaqla təhdid etməsi dezinformasiyası

16 Noyabr, 2018

Oktyabrın 31-də ReportBlogs veb səhifəsi məlumat yaydı ki, guya ABŞ təhülkəsizlik müşaviri Gürcüstana səfəri zamanı Gürcüstan tərəfindən alınmış müdafiə silahı sürsatı ilə bağlı narahatlığını bildirib və Gürcüstanı tərəfdaşlığı dayandırmaqla təhdid edib. Dərginin məlumatına əsasən bu cür təhdid Amerika hökuməti tərəfindən Gürcüstan üçün alınmış Javelinlərin Rusiyaya verilməsinin mümkünlüyü ilə bağlıdır.

Con Boltonun Gürcüstan hökumətini tərəfdaşlığı dayandırmaqla hədələməsi ilə bağlı məlumat yalandır, lakin bu məlumatı yayan inglis dilli veb səhifə məlumat yayılmazdan 9 gün əvvəl yaranıb.

Qeyd olunan məlumatı Amerika Birləşmiş Ştatlarındakı  Gürcüstan səfri tamamilə təkzib etdi və saxta adlandırdı. Səfirliyin sosial şəbəkələrdə yayımladığı bəyanatda qeyd edilir ki:

“Şübhəli özəl bloqdan dezinformasiya yaymaq xüsusi ilə son illər olduqca müsbət inkişaf edən və iki tərəfli münasibətlərin ən yüksək həddində olan Gürcüstan ilə Amerikanın strateji tərəfdşlığına kölgə salmaq üçün edilən klassik cəhddir. Səfir Boltonun Gürcüstana səfəri olduqca uğurlu idi və bu səfərin ardından bizim iki tərəfli strateji tərəfdaşlığımız, eyni zamanda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımındanyeni maştablar qazanacaq”.

İngilis dilli veb-səhifə ReportBlogs materyal yayımlanmamışdan 9 gün əvvəl yaranıb."

Scamadviser.com-a əsasən qeydiyyat yeri olaraq Amerika Birləşmiş Ştatlar göstərilib, lakn elə ordaca qeyd olunub ki, onun real sahibi ola bilsin kimliyini gizlədir.

"

Qeyd olunan sayt həmçinin etibarsızlıqla seçilir.
"


Propaqanda metodu

Propaqanda platformaları dezinformasiya yayarkən deflektiv yəni mənbədən yayınma modelindən tez-tez istifadə edirlər. Deflektiv model ilkin mənbəni gizlətmək deməkdir, bunun nəticəsində də məlumatı qəbul edən məlumatı bir-başa o mediumdan qəbul olunmuş kimi dərk edir. bu zaman bildirişlə tanış olur və onu ilkin mənbə ilə əlaqələndirmir. Məqsəd ismarıcın ilkin mənbəsini gizlətmək və həm ismarıca, həm də məlumatın yayıldığı mənbəyə qarşı yüksək səviyyəli etibar yaratmaqdır. Media İnkişaf Fondunun “Qərb əleyhinə propaqanda” araşdırmasına əsasən 2017-ci ildə qeyd olunan metod müxtəlif kremlist və etno milliyətçi media vasitələrə tərəfindən istifadə olunur.