Münqaişələr

2008-ci il avqust müharibəsi zamanı və sonrası mövcud olan rus təbliğatı

3 Sentyabr, 2018

Avqustun 7-də Rusiyanın Gürcüstana qarşı 2008-ci ildə reallaşdırdığı hərbi müdaxilədən 10 il keçdi.  Kreml propaqandası həm hərbi müdaxilə ilə üst-üstə düşür, həm də Rusiyanın Gürcüstan ərazisinin 20%-ni işğal etdikdən sonra Ukrayna və digər ölkələrdə davam etdirdiyi hibrid müharibəsinin tərkib hissəsidir. Rus təbliğatı 2008-ci ilin avqustunda necə işləyirdi və kreml hansı mesajlarla işğal altında olan Gürüstanda müharibənin yenilənməsi qorxusunu səpməyə və strateji tərəfdaşlara qarşı etibarsızlığın oyandırılmasına necə çalışırdı, bunu bizim məqaləmizdən anlayacaqsınız.

Avqust müharibəsi zamanı kreml təbliğatı

Avqustun 8-də rus mediyası hərbi aqressiyaya haqq qazandırmaq məqsədi ilə münaqişənin başlamasında gürcü tərəfini günahlandırmağa başladı. Аргументы и Факты, Комсомольская ПравдаНТВ , tele şirkəti, Russia Today və digərləri Gürcüstanın Cənubi Osetiya adlanan əraziyə necə hücum etdiyindən, yaşayış məntəqələrini və Sxinvalini yerlə bir etdiyindən, Rusiyanın döyüş təyyarələri isə Gürcüstan ərazisinə tökülən qanı və Osetin xalqının etnik təmizlənmməsini dayandırmaq üçün daxil olmasından bəhs edən materiyallar yayırlar.

Eyni mesajların kütləvi şəkildə yayılması üçün avqustun 8-ni rus mediyası təsadüfən seçməyib. Qeyd olunan tarix rus-gürcü münaqişəsinin başlamasının rus versiyasıdı, bu versiyaya görə, hərbi əməliyyatları ilk olaraq gürcü tərəfi başlayıb, rus əsgərləri isə Gürcüstan ərazisinə sadəcə bundan sonra daxil olublar.

Rus mediası avqustun 9-da rus aviyasiyası tərəfindən Qori şəhərinin bombalanmasını əks etdirən beynəlxalq informasiya agentliyi The Reuters-in fotoqrafı Qleb Karaniçin çəkdiyi fotoları da şübhə altına salıb Məqsədyönlü yalan məlumat kampaniyası avqustun 10-da başladı.

 Комсомольская Правда, Правда.ru, Вести.ru  media vasitələri Qorinin bombalanmasını əks etdirən kadrları quraşdırma, Reuter-in fotolarını isə saxta olduğunu vurğulayan materyallar yayırdılar.

Aşağıda göstərilən Qoridə yaşayan zərərçəkmişin ölmüş qardaşı ilə birlikdə əks olunduğu fotonu rus sosial şəbəkəsi LiveJournal-ın bloqerləri və media vasitələri saxta hesab edirlər. Onların sözlərinə görə, fotonun  etibarlılığını bu fotoda əks olunan ölmüş insanın başqa yerdə olduğunu əks etdirən iknci foto sual altına salır. İkinci fotoda ölmüş adamın vəziyyəti dəyişib.

"

Fotoların saxtalığını təsdiq etmək üçün avqustun 13-də rus portalı Newsland “Эхо Москвы”-nın jurnalisti Aleksey Venediktov tərəfindən fotoların müəllifi Qleb Karaniçlə müsahibə alması fakatını  təkzib etdi və dedi ki, o heç vaxt bənzər müsahibə almayıb. Reuters-in özü isə fotoların həqiqiliyini təsdiq etmək üçün onun müxtəlif versiyaların ı yaydı .

"

"

2017-ci ildə ABŞ-ın kəşfiyyat orqanları tərəfindən yayımlanan hesabata  əsasən, 2016-cı ilin iyul ayında Rusiyanın əsas təbliğat kanalı RT-in (Russia Today) baş redaktoru Marqarita Simonian Kommersant qəzetinə bildirib ki, 2008-ci ilin avqust ayında, “Rusiya Müdafiə Nazrliyi Gürcüstanla müharibə etdiyi” zaman Russia Today “bütöv Qərb dünyasına qarşı informasiya müharibəsi aparırdı”

Avqust müharibəsindən sonra rus təbliğatının mesajları

Media İnkişaf Fondunun (MDF) son illərin  araşdırmaları ndan göründüyü kimi, müharibədən sonra rus təbliğatı bir tərəfdən daima müharibənin yeninlənməsi qorxusunu səpir, digər tərəfdən isə etibarsızlıq oyandırır ki, müharibə başlayarsa Gürcüstnı onun strateji partnyorları qoruya bilməyəcəklər.

Keçmişdə hakim, indi isə müxalifət partiyası olan Milli Hərəkat partiyasını və onun liderini müharibəni başlamaqda günahlandırdığı zaman rus təbliğatı sadəcə beynəlxalq arenada yox, eyni zamanda daxili siyasi müzakirələrdə də müharibənin başlanmasında Gürcüstanı günahlandırmağa çalışır. İşğal olmadığını, məhz bundan öncəki hakimiyyətin legitimasiya etdiyi “sərhədlər”i Rusiyanın müəyyən etdiyini vurğuladıqları zama bu hekayəni hakim partiyanın nümayəndələri də səsləndirirlər:

Davd Serqenko, Səhiyyə Naziri: „Rusiyanın davranışlarını təsvir edərkən, təəssüflər olsun ki, tez-tez “sürünən işğal” ifadəsindən istifadə edirik bu da öz əsaslarına görə düzgün deyil. Bu heç bir şəkildə sürünən və mərhələli deyil. Bu 2008-ci ildə təəssüflər olsun ki, o zamanki hökumətin legitimasiya etdiyi çərçivələrin, “sərhədlərin” müəyyən olunmasıdır” (Rustavi 2, Kurieri, 3 iyul, Marşalpress, 3 avqust, Sakinform, 7 avqust).

Bununla yanaşı rus yönlü partiyalar Amerika və Qərbin münaqişələri həll etməkdə maraqlı olmamaları və Saakaşvilinin müharibəni məhz Qərbin və Amerikanın təşviqi ilə başladığı haqqında fikir formalaşdırırlar:

Nino Burcanadze, Birləşmiş Demokratik Hərəkat: „...2008-ci ildə Amerika Birləşmi Ştatları Mixeil Saakaşviliyə müharibəni başlatdı“ (Sakinform, 2 avqust).

Müharibənin yenilənməsi qorxusu, öz özlüyündə Gürcüstanın Şimali-Atlantik Alyansa inteqrə olunma istəyindən aslıdır, NATO ilə Gürcüstanın əməkdaşlığı hərbi eskalasiya təhlükəsi kimi təqdim olunur:

Nino Burcanadze, Birləşmiş Demokrtalar Hərəkatı: „Fikirləşirəm ki, bu provakasiya tamaşası (NATO-nun məşqləri) bizə çox baha başa gələcək ... qorxuram ki, bu bizim üçün daha ağır və dərin nəticələr versin“ (Rustavi 2, Kuryer, 2 avqust).

Amerika Birləşmiş Ştatlarının Gürcüstanı müharibə təhlükəsindən qorumasının mümkün olmadığını göstərmək üçün müxtəlif müsahiblər son illərdir eyni mesajları yayırlar ki, 2008-ci ildə müharibə zamanı Amerika Gürcüstana sadəcə “su və bezlər”lə kömək etdi. Bununla yanaşı əsas vurğu ona yönəlir ki, gələcəkdə oxşar təhlükə şərtlərində strateji müttəfiqə ümid etməməliyik.

Bununla yanaşı Kreml medyası və digər siyasi aktorlar Rusiya ilə iki tərəfli dialoqun qeyr-şərtsiz başladılması təklifləri ilə çalışırlar elə təəssürat yaratsınlar ki, guya Gürcüstan Rusiya ilə mühaibə şəraitində deyil, əksinə Gürcüstana Rusiya ilə birbaşa dialoq və hadisələrin gedişatını normallaşdırmaq imkanı verməməklə problemi Qərb yaradır.                           

Caba Xubua, jurnalist: „...Kelisinin [İan Kelis, Amerikanın Gürcüstandakı səfiri] qorxusundan Gürcüstan hakimiyyəti yardımçılar və qulağa pıçıldayanlar olmadan Rusiya ilə dialoqlar aparmağa və ölkənin işğaldan azad olunması məsələsi haqqında pinsip və ləyaqətlə danışmağa cəhd etmir!..“ (Asaval-Dasaval, 4-10 sentyabr)

Condi Bağturiya, Gürcü truppası: „Amerika Birləşmiş Ştatlarından belə göstəriş var ki, heç bir birbaşa dialoq olmamalıdır və dialoqu sadəcə bizim nəzarətmiz altında aparmalısınız və Jeneva formatı da belədir “ (Obyektiv, Gecə studiyası, 19 may).

Kreml aqresiyasının izni silmək və rus işğalından diqqəti yayındırmaq məqsədi ilə Kreml və Gürcüstandakı rus yönlü aktorlar Rusiyanı işğalçı, Gürcüstanı isə işğal olunmuş ölkə olaraq tanıyan qanunun ləğv olunmasını tələb edirlər. Bu isə ilk növbədə Rusiyanın işğalçı yarlığını açmaq və müvafiq olaraq məsuliyyətdən yayındırmaq məqsədi daşıyır.

Rus aqresiyasının xronikası

2008-ci ilin avqust ayının 7-də, tam 10 il bundan əvvəl, Rusiya Federasiyasının daimi birləşmələri Roki tunelindən keçərək Gürcüstana, Tsxinvali bölgəsinə daxil oldular. Elə həmin gün, saat 23:35 Gürcüstan Prezdenti, Mixeil Saakaşvili Müdafiə Nazirliyinin Birləşmiş Heyyətinə rus ordusunun yer dəyişməsini (hərəkətini) dayandırmaq və Tsxinvali bölgəsinin dinc əhalisini qorumaq əmri verdi.

Ona qədər avqustun 7-də gecə saat 4:00-da Gürcüstan Kəşfiyyat Xidmətinin os hərbiçilərin telefon söhbətlərinə əsaslanaraq Roki tuneli ilə rus hərbiçi və tanklarının Gürcüstana daxil olması haqqında artıq məlumatı var idi. Səhər saat 7-də Tsxinvali bölgəsində intensiv atışmalar başladı, saat 12-də isə Nuli və Avnevi  gürcü kəndləri bombalandı. Saat 2-dən sonra Avnev kəndində yerləşən gözətçidə Xetaqurovo kəndində yerləşdirilmiş Cənubi Osetiya güclərinin atəşi nəticəsində 2 gürcü sülhməramlısı öldü, bir neçəsi isə yaralandı. Az sonra Gürcüstan hakimiyyəti Şimali Qafqaziyada yerləşdirilmiş rus hərbiçilərinin Gürcüstan sərhədlərinə doğru hərəkət etmələri ilə bağlı əmr aldıqları haqqında məlumat aldı. 14:30-da Gürcüstan Müdafiə Nazirliyi ölkənin müxtəlif hissəsində olan hərbi qüvvələrə Tsxinvali bölgəsinə doğru hərəkət etmək əmri verdi.

Avqustun 7 –də gərginliyi aradan qaldırmaq məqsədi ilə gürcü tərəfi tək tərəfli olaraq atəşkəs qərarı verdi ki, bunu saat 17:10-də Gürcüstan Prezidenti də təsdiqlədi və televizya çıxışı zamanı rus tərəfinə bəzi güzəştlər təklif etdi. Rusiyanın əsas vasitəçisi İuri Popovun sözlərinə görə, danışıqlar avqustun 8-də saat 13:00-da başlamalı idi, lakin təxminən  axşam saat 20:30-da Avnev, Pris, daha sonra isə Tamarşen və Tbilisinin nəzarətində olan münaqişə bölgəsinin digər kəndlərinə atəş açıblar. Gürcü tərəfi Rus daimi ordusu və texnikasının ölkə ərazisinə daxil olması ilə bağlı təsdiqlənmiş məlumat aldıqdan sonra, Gürcüstan Prezidenti rus qüvvələrini dayandırmaq əmri verdi. 5 gün  davam edən və Rusiya tərəfindən Gürcüstan ərazisinin 20%-nin işğalı ilə bitən avqust müharibəsi belə başladı.

Avqustun 8-i saat 10-da gürcü tərəfi Tsxinvali şəhərinin 70% -nə və ətraf kndlərə nəzarət edirdi. Gürcüstan hökuməti, yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Erqeneti kəndində xüsusi məntəqə və dəhliz yaradılması təklifi ilə çıxış etdi. Tam saat 2-də Rusiya təşəbbüsə genişhəcimli hərbi işğalla cavab verdi. Rus aviyasiyası Tsxinvali ətrafındakı gürcü əsgərlərinin mövqelərinə doğru kütləvi hücum etdi, lakin avqustun 8 –də gecə prezidentin bəyənatı ilə gürcü ordusu Tsxinvali şəhərini tutdu. Avqustun 9-da rus tərəfi Qori şəhərinə hava hücumuna başladı. Nəticədə 2 dəfə 15 dəqiqəlik fasilə ilə yaşayış evləri bombalandı.

Toplam Gürcüstan ərazisini rus aviyasiyası 75 dəfədən artıq bombaladı. Buradan 5 raket hücumu “Toçka U” (SS-21) və İskander (SS-26) raket komplekslərindən həyata keçirildi. 2008-ci ilin sentyabr ayının 18-də 255 partlamamış hava bombası, onlarla raket, kaset bombaları müəyyən olundu. Kaset bombalarının istifadəsini Human Rights Watch-da təsdiqlədi. 

Avqust müharibəsindən sonra, 127 000-dən artıq insan əlil oldu. Rus aviyasiyası tərəfindən açılmış atəş nəticəsində Borjomi rayonunda  250 hektar meşə sahəsi tamamən məhv oldu. Poti şəhərində rus işğalçı gücləri Gürcüstanın Sahil Mühafizə və Müdafiə Nazirliyinin hərbi dəniz qüvvlərinə aid 12 üzgüçülük vasitəsini partladaraq batırdılar. Qara dənizə 50 tona qədər neft məhsulu, eyni zamanda mühərrik və hidravlik  yağlar dağıldı.


Dali Kurdadze
Tamar Kincuraşvili

Video materiyal: Nanuka Mikeladze; Dea Mağalişvili